Hər kəs "Sabah"dan "Slaviya" ilə matçda qələbə gözləyir.

Hər kəs "Sabah"dan "Slaviya" ilə matçda qələbə gözləyir.
"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiya təmsilçisi "Slaviya"ya qarşı keçirəcəkləri matçdan öncə mətbuat konfransında deyib.
Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:
"Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir. Sabah meydanda hər şey baş verə bilər. Əsas odur ki, meydanda düşündüklərimizi icra edək və 3 xal qazanaq".
O, rəqibin hücum futboluna üstünlük verdiyini vurğulayıb:
"Slaviya"nın çox yaxşı oyun üslubu var. Onlar bu görüşə çox yaxşı hazırlaşıblar. Heç vaxt yorğun olmayan komandaya qarşı mübarizə aparacağıq. "Slaviya" hücumameyilli komandadır. Bununla belə, öz gücümüzə inanıram. Düşünürəm ki, meydanda rəqibin zəif nöqtələrini tapacağıq".
V.Dambrauskas meydanda keyfiyyətin önəmli olduğunu sözlərinə əlavə edib:
"Bura Çempionlar Liqasıdır. Burada komandanın keyfiyyəti önəm daşıyır. Mənim rəqib seçmək kimi bir şansım yoxdur. Bütün rəqiblərimizə qarşı layiqli mübarizə aparmağa çalışacağıq. "Slaviya" uzun müddətdir ki, Çempionlar Liqasında səfərdə qələbə qazanmır. Onlar bu görüşdə qalib gəlmək istəyəcəklər. Bu vəziyyət mənim üçün motivasiya mənbəyi deyil. Mənim üçün əsas motivasiya meydana çıxmaq və gözəl oyun sərgiləməkdir. Futbolçularıma güvənirəm".
Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü sabah, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
| # | Наименование новости | Тональность | Информативность | Дата публикации |
|---|---|---|---|---|
| 1 | "Slaviya"nın baş məşqçisi Yindrjix Trpişovski: "Sabah" çox yaxşı komandadır" | 0 | 4.79 | 12-10-2026 |
| 2 | "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov: "Slaviya"nı yaxşı təhlil etmişik" | 0 | 5.92 | 12-10-2026 |
| 3 | "Slaviya"nın futbolçusu Tomaş Vlçek: "Sabah"la qarşılaşacağımız üçün həyəcanlıyam" | 0 | 3.91 | 12-10-2026 |
| 4 | Bakı Olimpiya Stadionunda "Sabah"ın "Slaviya" ilə oyunöncəsi açıq məşqi baş tutub | 0 | 8.71 | 12-10-2026 |
| 5 | Фурсенко: Путин использует площадку "Валдая", чтобы услышать разные предложения | 0 | 10 | 01-10-2026 |
| 6 | Пленный из ВСУ оценил работу ВС России «кошмарной» фразой | 0 | 9.3 | 08-10-2026 |
| 7 | Служащий в ВСУ журналист рассказал о скромных полномочиях Драпатого | 0 | 10 | 28-09-2026 |
| 8 | Владимир Мукусев о съемках Кашпировского во "Взгляде" | 0 | 10 | 03-10-2026 |
| 9 | Conflict escalation never one-sided — Putin | 0 | 13.06 | 01-10-2026 |
| 10 | Леня Голубков об актерах на сеансах Кашпировского | 0 | 10 | 03-10-2026 |