Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan Mərkəzi Bankı (AMB) və Gürcüstan Milli Bankı arasında Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"GMB-nin sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq. Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq. Əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə Anlaşma Memorandumu imzaladıq. Bu memorandum hər iki ölkənin mərkəzi bankları arasında tərəfdaşlığın inkişafına və maliyyə sektorlarının möhkəmlənməsinə töhfə verəcək. Əminik ki, bu əməkdaşlıq uzunmüddətli və uğurlu olacaqdır", - deyə o qeyd edib.
— Taleh Kazimov (@TalehKazimov_T) March 6, 2025Gürcüstan Milli Bankının sədri Natiya Turnavanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməkdən məmnun olduq.
Görüş zamanı qurumlar arasında mövcud əməkdaşlığın cari vəziyyətini müzakirə etdik və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi apardıq.…
pic.twitter.com/erOAnRhgbV
AMB-nin yaydığı məlumatda isə deyilir ki, T.Kazımovun GMB nümayəndələri ilə keçirdiyi görüşlərdə bir sıra istiqamətlərdə mərkəzi banklar arasında mövcud əməkdaşlıq əlaqələri çərçivəsində əldə olunan nəticələr ilə bağlı məmnunluq ifadə olunub, ödəniş sistemlərinin müasirləşdirilməsi, risk-əsaslı bank nəzarətin tətbiqi, monetar sferada islahatlar, maliyyə texnologiyalarının tətbiqi, maliyyə savadlılığının artırılması və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədin məqsədi pul siyasəti, maliyyə sabitliyi siyasəti, bank nəzarəti, ödəniş sistemləri, eləcə də maliyyə texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdir. Həmçinin memorandum çərçivəsində təcrübə-məlumat mübadiləsi aparılması, təlim və birgə seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlər nəzərdə tutulub.
| # | Наименование новости | Тональность | Информативность | Дата публикации |
|---|---|---|---|---|
| 1 | У берегов Александрии обнаружили храм Афродиты | 0 | 0 | 21-09-2023 |